EKS.AZ - Endirimli Kupon Sistemi - Slunečnice.cz Hlavní navigace

 EKS.AZ - Endirimli Kupon Sistemi 1.6.11

Pro hodnocení programu se prosím nejprve přihlaste

Staženo 0 ×
Zdarma

Sdílet

EKS abreviaturasının açılışı - ENDİRİMLİ KUPON SİSTEMİ
EKS.AZ mobil tətbiqini yükləmək və qeydiyyatdan keçməklə endirimli kupon əldə etmək pulsuzdur.
EKS.AZ endirimli kuponunu əldə etmək üçün qeydiyyatdan keçmək lazımdır.
18 yaşına çatmış android mobil qurğu istifadəçisi EKSAZ mobil tətbiqində qeydiyyatdan keçmək üçün QEYDİYYAT düyməsinə daxil olur. O, İstifadəçi şərtləri ilə razılaşdığı təqdirdə, razı olduğunu müvafiq xanada qeyd etməklə Növbəti xananı seçir. Açılmış yeni pəncərədə müvafiq xanaya mobil nömrəni daxil etdikdən sonra Göndər xanası seçilir. İstifadəçinin qeydiyyatdan keçmək üçün daxil etdiyi mobil nömrəsinə bir neçə saniyə ərzində sms-lə dördrəqəmli aktivasiya kodu göndərilir. Unutmayın ki, gün ərzində eyni nömrə ilə qeydiyyatdan keçmək üçün göndərilən sms-lərin sayı 3-dən artıq olmayacaq. Mobil tətbiqi bağlamadan həmin kodu müvafiq xanaya daxil edildikdən sonra Növbəti xana seçilir. Burada o, şəxsi məlumatlarını (soyadı, adı, atasnın adı, cinsi və doğum tarixi) daxil etdikdən sonra SON xanasını seçməklə qeydiyyatı tamamlamış olur. Qeydiyyat tamamlandığı zaman istifadəçinin mobil qurğusunun ekranında EKSAZ tərəfindən təqdim edilmiş kodlaşdırılmış QR-kod - EKSAZ ENDİRİM KUPONU görünür. İstifadəçi əldə etdiyi endirim kuponu vasitəsi ilə EKSAZ partnyorları tərəfindən təqdim edilmiş və tətbiqdə müvafiq bölmədə əks etdirilmiş endirimli xidmətlərdən istifadə etmək hüququ əldə edir.
EKS.AZ istifadəçilərinin EKS.AZ mobil tətbiqi vasitəsi ilə tətbiqdən istifadə etməyə hüququ olmayan (18 yaşına çatmayan), hansısa səbəbdən imkanları olmayan (ruhi xəstələr, səhhətində olan hazırki vəziyyətləri bu tətbiqdən istifadə etməyə imkan verməyən şəxslər) və digər şəxslər (android mobil qurğularından istifadə etməyən və ya ümumiyyətlə mobil qurğuları olmayan şəxslər üçün və s.) üçün də Dosta kupon al bölməsindən istifadə etməklə kupon almaları mümkündür. Alınmış Dost kuponunu paylaşmaq, bununla yanaşı çap edərək istifadə etmək də mümkündür. İstifadəçi kuponları kimi Dost kuponları da EKS.AZ partnyorlarının təqdim etdiyi bütün endirimlərdə keçərlidir.
EKS.AZ Endirimli kuponundan istifadə edildikdən sonra şəxsin mobil qurğusuna özünün və ya onun aldığı dost kuponundan istifadə barədə bildiriş gəlir. Xidmətdən istifadə edildikdən sonra gün ərzində həmin şəxsin mobil qurğusuna istifadə edilmiş xidməti dəyərləndirmək məqsədi ilə qiymətləndirmə və şərh yazılması üçün yeni bildiriş daxil olur (Dost kuponları istifadə edildikdə onlar qiymətləndirmə və rəylərdə iştirak etmir). Bildiriş daxil olmadıqda və ya bağlandıqda qiymətləndirmə və rəy yazmaq EKS.AZ mobil tətbiqinə daxil olmaqla mümkündür. EKS.AZ sistemi bununla partnyorlarımızın istifadəçilərə daha diqqətli yanaşmasına və onların göstərdikləri xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir.
EKS.AZ mobil tətbiqi vasitəsi ilə partnyorlarımızdan əldə edəcəyiniz endirimlər yalnız partnyorlarımız tərəfindən təyin edilmiş müddətlərdə keçərlidir.
EKS.AZ istifadəçiləri bu tətbiqdən qeydiyyatdan keçməklə, EKS.AZ xəbərləri vasitəsi ilə müxtəlif endirimlər, kompaniyalar və yeniliklər barədə də xəbər alacaqlar.
EKS.AZ mobil tətbiqindən istifadə etdiyiniz üçün Sizə təşəkkür edirik!

Bizimlə əlaqə: info@eks.az
Ətraflı məlumat: www.eks.az
Zobrazit více

Pro hodnocení programu se prosím nejprve přihlaste

Staženo
0 ×

TIP: Stahují se vám programy pomalu? Změřte si rychlost svého internetového připojení.